
“Heydər Əliyev-100”: Pley-off oyunlarının təqvimi bilindi
- 05 May 2023 00:20
- 365
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində pley-off mərhələsinin cütləri müəyyənləşib.
Rekord.az xəbər verir ki, A qrupunu üçüncü pillədə başa vuran Azərbaycan millisi pley-offda digər qrupun ikincisi olan Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu cütün qalibi yarımfinalda B qrupunun birincisi olmuş Qazaxıstanla qarşılaşacaq.
Digər pley-off görüşü Çexiya və Ukrayna yığmaları arasında baş tutacaq. Bu cütün qalibini isə yarımfinalda A qrupunda birinci olmuş Serbiya ilə görüş gözləyir.
Pley-off və yarımfinal görüşləri mayın 5-də keçiriləcək.
Pley-off oyunları
11:00. Fransa – Azərbaycan
12:30. Çexiya – Ukrayna
Yarımfinal
20:00. Serbiya – Azərbaycan/Fransa
21:30. Qazaxıstan – Çexiya/Ukrayna