UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub.

Rekord.az xəbər verir ki, bu ada İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Markus Reşford layiq görülüb.

23 yaşlı forvard H qrupunun ikinci turu çərçivəsində Almaniya "Leyptsiq"i ilə oyunda (5:0) het-trik edib.

O, UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermədə İspaniya "Atletiko"sunun yarımmüdafiəçisi Joao Feliks, Fransa PSJ-sinin hücumçusu Moyze Kin və İtaliyanın "Atalanta" komandasının forvardı Duvan Sapatanı qabaqlayıb.