AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 19-cu turunda qeydə alınan mübahisəli epizodlarla bağlı fikirlərini bildirib.


Rekord.az xəbər verir ki, mütəxəssis bu barədə qurumun mətbuat xidmətinə açıqlama verib.


O, ümumilikdə 4 matçda qeydə alınan epizodlarla bağlı fikirlərini bölüşüb.


Mütəxəssis referi Kamal Umudlunun "Şamaxı" - "Qarabağ" görüşündə qonaqların futbolçusu Bəhlul Mustafazadəyə sarı vərəqə göstərməli olduğunu bildirib.