Həmkarlar İttifaqının toplantısı niyə təxirə salındı?
- 18 Mar 2020 13:00
- 638
Nazim Süleymanovun rəhbərlik etdiyi AFFA Həmkarlar İttifaqı mart ayının əvvəli geniş tərkibdə bir araya gəlməyi düşünürdü.
Rekord.az xəbər verir ki, toplantıda ittifaqın rayon bölmələrinin üzvülərinin də iştirakı nəzərdə tutulmuşdu.
Lakin koronovirusla bağlı hazırkı durum və dövlət səviyyəsində qəbul edilən qərarlar ittifaqın da fəaliyyət çərçivəsini daraldıb. Məhz kütləvi tədbirlərin ləğvi səbəbindən ittifaq da geniş toplantısını qeyri-müəyyən müddətə təxirə salıb.