Meksikada həbsxanalarının birində futbol matçı zamanı baş verən davada 16 məhkum ölüb.

Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə iki narkotik dəstəsi arasında oynanılan görüşdə baş verib. Məhkumlar bir-birlərinə bıçaq və sərt cisimlərlə yanaşı, silahla hücum ediblər. Hadisə zamanı polis işçilərindən ölən və yaralananlar olmayıb.

Hadisə ilə bağlı araşdırma başlanılıb. Davadan sonra həbsxanada axtarışlardan sonra 4 silah, 9 mobil telefon, 17 bıçaq və narkotik vasitə ələ keçirilib