Hazardın qayıdacağı tarix bəlli oldu
- 2019-12-27 18:20
- 777
Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunun PSJ ilə matçında (2:2) zədələnən “Real”ın futbolçusu Eden Hazardın sağalacağı vaxt bilinib.
Rekord.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi 2020-ci ilin fevralında yaşıl meydanlara qayıdacaq. Bu barədə “Marca” nəşri məlumat yayıb.
Hazard zədə səbəbindən İspaniya superkubokunun “Valensiya” ilə matçında iştirak edə bilməyəcək.
28 yaşlı futbolçu bu mövsüm “Real”la 8 oyuna çıxıb və 1 qol vurub.
“Real” – “Valensiya” görüşü yanvarın 8-də keçiriləcək.