"Styaua"nın prezidenti Cici Bekali "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf haqqında danışıb.

Rekord.az xəbər verir ki, "Pro Arena"ya açıqlama verən 64 yaşlı funksioner mütəxəssislə yollarını ayırmalarından təəssüfünü ifadə edib.

Bekali 47 yaşlı baş məşqçinin "Styaua"ya rəhbərlik etdiyi dönəmdə daha inamlı təsir bağışladığını bildirib:

"Həmin vaxtı kollektivdə özünəinam və cəsarət var idi. Komanda bütün rəqibləri təzyiq altında saxlayırdı. İndi isə sanki həmin ritm, futbolçular arasında qarşılıqlı əlaqə yoxdur".

Mövsümün əvvəlində "Neftçi"nin sükanı arxasına keçən Laurentsiu Regekampf 2012 - 2014-ci illərdə "Styaua"ya rəhbərlik edib

Komanda rumıniyalı baş məşqçi ilə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

"Styaua" avqustun 25-də UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda Norveçdə "Vikinq"lə üz-üzə gələcək. İlk matçda Rumıniya təmsilçisi 1:2 hesabı ilə uduzub.