“Qəbələ”nin prezidenti Fariz Nəcəfov baş məşqçiləri Elmar Baxşiyevin Premyer Liqasımızda hakimliyin durumu ilə bağlı narazılığına münasibət bildirib.

Rekord.az xəbər verir ki, o, qol.az-a müsahibəsində deyib ki, təkcə “Qəbələ” deyil, bir çox klub son turlarda hakimliklə bağlı etiraz edib.

“Çempionatın ən önəmli mərhələsinə qədəm qoyuruq. Hər kəs Avroliqa iddiasındadır. Bu səbəbdən hər hakim səhvi mövsümün gedişatına ciddi təsir göstərir və etirazlar çoxalır.

Bizim klubun son turlarda etirazı əlbəttə ki, haqlıdır. Futbol ictimaiyyəti də, mətbuat da bu yöndə klubumuzun mövqeyinə şərikdir. Ümid edirəm ki, gələcəkdə oyunlarımızda hakimlik müzakirə mövzusu olmayacaq” – deyə o bildirib.