Haiti üzərində qazanılan qələbə vacib idi.


Rekord.az xəbər verir ki, bunu Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın qrup mərhələsində Haiti yığmasına qarşı keçirilən II turun oyunundan sonra deyib.


Mütəxəssis qalib gəldikləri oyun barədə danışıb:


"İnkişafımızı oyundan-oyuna davam etdirəcəyik. Haiti üzərində qazanılan böyükhesablı qələbə vacib idi. Bu cür qalibiyyətlər komandanın özünə inamını bir qədər də artırır. Növbəti matça da qələbə əzmi ilə çıxacağıq".


Qeyd edək ki, Braziliya Haiti seçməsini 3:0 hesabı ilə məğlub edib.