Hacıqabul rayonu Nəvai qəsəbəsi F.Həsənov adına 1 saylı tam orta məktəbdə "UŞAQ İDMANI 2023" adlı layihə çərçivəsində oğlan və qızlar arasında əyləncəli İdman oyunlarına yekun vurulub.

Rekord.az xəbər verir ki, layihənin əsas məqsədi uşaqların fiziki sağlamlığı ilə yanaşı psixoloji cəhətdən inkişafına təkan vermək və uşaqların idmana marağın artırılması istiqamətində fəaliyyətlərin intensivliyinin artırılmasıdır.

Layihə Hacıqabul Rayon Gənclər və İdman İdarəsi və Hacıqabul rayon Təhsil Sektoru birgə təşkilatçılığı həyata keçirilib.

Layihə çərçivəsində uşaqlar üçün müxtəlif idman növləri üzrə yarışların, müsabiqələrin və əyləncəli idman oyunlarının keçirilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində keçirilən İdman tədbirlərindən Hacıqabul şəhər mərkəzi ilə yanaşı kənd və qəsəbələrdə yaşayan uşaqlarda bəhrələnə biləcək.

Ümumilikdə layihə çərçivəsində keçirilən İdman tədbirlərində 1000 nəfər çox uşağın birbaşa iştirakı nəzərdə tutulmuşdur.

Layihə çərçivəsində uşaqlar üçün idman rəsm müsabiqəsi, şahmat üzrə turnir, idman intellektual oyunu və idman debat oyunlarının keçirilməsi planlaşdırılmışdı.