Xaçmaz Olimpiya İdman Kompleksində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və Xaçmaz Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə yeniyetmələr arasında sərbəst güləş üzrə Şimal birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, birinciliyin açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının suverenliyi, müstəqilliyi yolunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb və Azərbaycan Respublikasının Dövlət Himni səslləndirilib.

Birincilikdə Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından ümumilikdə 100 nəfərə yaxın idmançı 12 çəki dərəcəsində mübarizə aparmışdır.

Birinciliyin keçirilməsidə məqsəd idmançıların respublika səviyyəli yarışlara hazırlanmasıdır.

Sonda qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunmuşlar.