13 mart 2023-cü il tarixdə Goranboy rayon Gənclər və İdman İdarəsində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş VMH poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyində I, II, III yerləri tutmuş komandaların rəhbərləri Goranboy rayon Gənclər və İdman idarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunublar.

Rekord.az xəbər verir ki, 736 xalla Naftalan şəhər 2 saylı komanda I yeri, 648 xalla Naftalan şəhər 1 saylı komanda II yeri, 608 xalla Nadirkənd komandası III yeri qazanıb.