Estoniyanın paytaxtı Tallinndə bədii gimnastika üzrə Avropa çempionatı başa çatıb.


Rekord.az xəbər verir ki, Azərbaycan komandası qrup hərəkətləri üzrə finalda çıxış edib.


Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə, Kamilla Əliyeva və Sofiya Məmmədovadan ibarət qrup üç top və iki halqa ilə hərəkətlərdə yeddinci yeri tutub.


Qeyd edək ki, İspaniya həm qrup, həm də fərdi yarışlarda üç qızıl medal qazanaraq mütləq çempion olub.