I Divizionun son turu çərçivəsində İmişliyə səfər edən "Kəpəz-2" oranı narazı tərk edib.

Rekord.az xəbər verir ki, Gəncə təmsilçisi səfərdə "İmişli"ni 2:1 hesabl ilə məğlub etsə də, oyunun keçirildiyi stadionu qazonundan narazılıq edib.

İş ondadır ki, ot örtüyü onsuz da ideal vəziyyətdə deyildi. Oyun günü yağan yağış qazonu daha da yararsız vəziyyətə gətirib və futbol üçün təhlükəli edib. Buna baxmayaraq, AFFA nümayəndəsi oyunun keçirilməsinə razılıq verib. Bu isə "Kəpəz-2" rəhbərliyinin narazılığına səbəb olub.