Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin, ”Təhsil” RİM-in Gəncə Şəhər 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi Publik Hüquqi Şəxsin və Azərbaycan Kikboksinq Federasiyasının zona və Gəncə filialının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Novruz bayramı münasibətilə kikboksinq üzrə Gəncə şəhər açıq birincilik keçirilib.

Rekord.az xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə baş tutan açılış mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Vüsal Mirzəyev, ”Təhsil” RİM-in Gəncə Şəhər 2 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbi Publik Hüquqi Şəxsin direktoru Asif Həsənov, Gəncə Olimpiya İdman Kompleksinin direktoru İntiqam Hüseynov çıxış edərək, qonaqları salamlamış və idmançılara uğurlar arzulamışdırlar.

Qeyd edək ki, birincilikdə Gəncə ilə yanaşı, Bakı, Mingəçevir və Şəki şəhərləri, Gədəbəy, Göygöl, Kəlbəcər, Göyçay, Şəmkir, Samux rayonları olmaqla 20 komanda iştirak etmişdir. Qaliblər sonda diplom, medal və kubokla təltif ediliblər.