
Gənc taekvondoçulardan Bolqarıstanda 3 medal
- 17 May 2025 12:19
- 129
Azərbaycanın gənc taekvondoçuları Bolqarıstanın paytaxtı Sofiyada keçirilən G3 kateqoriyalı "Prezident Kuboku"nda 3 medal qazanıblar.
Rekord.az xəbər verir ki, Elcan Əliyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Yunis Hüseynov və Fuad Məhərrəmli isə bürünc medallara sahib çıxıblar.