
Gənc "Benfika"lıya 150 milyonluq qiymət
- 01 Apr 2022 10:15
- 497
"Benfika"nın gənc ulduzu Darvin Nunes İngiltərə nəhənglərinin transfer siyahısında yer alır.
Rekord .az xəbər verir ki, uruqvaylı forvardla Londonun "Arsenal" və "Tottenhem" klubları yaxından maraqlanır.
"Benfika" 22 yaşlı hücumçunun keçidindən böyük məbləğdə gəlir əldə etməyi planlaşdırır. Lissabon təmsilçisi Uruqvay millisinin üzvünün transfer qiymətini 150 milyon avro olaraq təyin edib.
Darvin Nunes "Benfika"ya 2020-ci ilin yayında İspaniyanın "Almeriya" klubundan transfer olunub.
O, cari mövsümdə Portuqaliya klubunun heyətində meydana çıxdığı 36 oyunda 26 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Nunesin klubu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqaviləsi var.