"Region Liqası"nın iddialı komandalarından "Füzuli"pley-off ərəfəsində heyətini daha 3 futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, bu futbolçular "Difai"dən gələn qapıçı Eyyub Əliyev və sahə oyunçuları Qərib İbrahimovla Mirkamil Əliyevdi.

Maraq üçün deyək ki, sözügedən futbolçular əslində "Füzuli" üçün yad simalar deyil və "Difai"dən öncə hər üçü məhz "Füzuli"nin formasını geyinib.