Zaman-zaman mətbuatda "Neftçi" futbolçularının baş məşqçi Füzuli Məmmədovun ağır məşqlərindən narazılıq etməsi haqda xəbərlərə rast gəlmişdik. Hələ klubun yayda Qəbələ toplanışı zamanı belə xəbərlər yayılmışdı.

Rekord.az-a daxil olan məlumata görə, klub daxilində həqiqətən də belə narazılıqlar olub.

Hətta bizə daxil olan məlumata görə, aparıcı futbolçular bununla bağlı rəhbərliyə də öz narazılıqlarını çatdırıblar. Vəziyyətin get-gedə gərginləşdiyini görən rəhbərlik baş məşqçi ilə söhbət edib. Əldə etdiyimiz məlumata görə, Füzuli Məmmədov artan narazılıqdan sonra məşqlərin sayını azaldıb. Belə ki, bu günə qədər gündə iki dəfə məşq edən futbolçular bundan sonra gün ərzində bir məşqlə kifayətlənəcək.