Xəbər verdiyimiz kimi, I Divizionda oynamaq istəyən "Füzuli" divizion üçün Beyləqan stadionunu sifariş verməyi düşünürdü.

Rekord.az xəbər verir ki, komanda rəhbərliyi hətta sözügedən stadionla icarə müqaviləsi bağlamış, "Region Liqası"nın "Qusar"la pley-off matçını da burada keçirmişdi.

Lakin aldığımız son məlumata görə, "Füzuli" Beyləqan stadionundan imtina edib. Səbəb stadionun I Divizionun tələblərinı cavab verməməsidir.