Futzal üzrə Yüksək Liqada sentyabrın 26-da keçiriləcək I turun ilk oyunu canlı yayımlanacaq.

Rekord.az xəbər verir ki, tamaşaçılar “Baku Fire” – “Neftçi” İK görüşünü saat 14:15-dən etibarən CBC Sport kanalı vasitəsilə izləyə biləcəklər.

Oyunu zaldan izləmək istəyən azarkeşlər Bakı İdman Sarayına təşrif buyura bilərlər. Giriş sərbəstdir.