Futzal üzrə Yüksək Liqa X turun oyunları keçirilib. 

Rekord.az xəbər verir ki, ikinci dövrənin ilk oyununda lider “Araz”la “Baku Fire” üz-üzə gəlib.

Bu komandalar arasında keçirilmiş görüşdə “Araz” 4:1 hesablı qələbə qazansa da, debütant təcrübəli rəqibinə kifayət qədər həyəcanlı dəqiqələr yaşatmışdı. Bu dəfə isə “Araz” böyük hesabla qalib gəlib.

Turun mərkəzi oyununda “ilk 4-lüy”ə iddialı “Neftçi” və “Marafon” komandaları üz-üzə gəlib. 3:1 hesabı ilə qalib gələn “Marafon” birinci dövrədəki yenilginin də revanşını almış olub.

EKOL - “Premier” duelində favorit qələbə qazanıb. Hərçənd debütant təcrübəli rəqibinə kifayət qədər müqavimət göstərməyi bacarıb.

Növbəti oyun nominal qonaqların məhsuldarlığı ilə yadda qalıb. “Tələbələr” fasiləyə qədər 6 cavabsız top vurub. İkinci hissədə rəqibinə cəmi bir dəfə fərqlənmək imkanı verən “Bakı” TFK yekunda böyükhesablı qələbə qazanıb.

Turun son oyunu baş tutmayıb. “Xızı Futzal” təyin olunan vaxtda meydana çıxmadığına görə, nəticə ilə bağlı AFFA-nın İntizam Komitəsi qərar verəcək.

“Baku Fire” – “Araz” - 2:10
Qollar: Rauf Rüstəmov, 05:26; Reza Tolouei, 20:41 - Hadi Ahmadi, 01:25; Hadi Rezvan, 02:39, 25:52; Murilo Borqes Souza, 09:44, 17:33, 26:44; Nihad İsmayılov, 16:35, 33:50; Xətai Bağırov, 36:28; Amir Shojaei, 37:51
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, İsgəndər Əliyev

“Neftçi” İK – “Marafon” - 1:3
Qollar: Emil Həsənzadə, 21:44 - Vitali Borisov, 02:28, 19:45; Sərxan Məstiyev, 33:10
Hakimlər: Hikmət Qafarlı, Azər Əsgərov, Elmir Quluzadə

EKOL - “Premier” (Quba) - 4:1
Qollar: Fərid Ələkbərov, 08:15; Talebmohammad Arabpour, 08:50; Namiq Məmmədkərimov, 25:15. Əsgər Abasov, 37:28 - Vüqar Asaliyev, 09:44
Hakimlər: Ramiz Məhərrəmov, Anar Fərəcov, Fuad Həsənov

“Yasamal” İSK – “Bakı” TFK - 1:8
Qollar: Əlimirzə Daşzərini, 26:20 - Fərid Səmədzadə, 02:50. Emin Abbasov, 03:50; 08:59. Elvin Adışırinli, 06:35; 16:34; 18:38; 27:11. Tural Lətifov, 31:58.
Hakimlər: Rahin Heybətov, Ceyhun Hüseynov, Mahir Məmmədov

“Record club” – “Xızı Futzal” matçı baş tutmayıb
Hakimlər: Ramil Namazov, Elvin Ağayev, Hacıəli Ağayev

1

Araz

10

10

0

0

70-15

30

2

EKOL

10

8

0

2

51-28

24

3

Neftçi İK

10

7

0

3

45-34

21

4

Marafon FK

9

6

0

3

48-23

18

5

Baku Fire

9

5

1

3

28-27

16

6

Premier (Quba)

10

4

0

6

29-42

12

7

Bakı TFK

10

3

1

6

32-46

10

8

Xızı Futzal

9

2

0

7

26-54

6

9

Record club

9

2

0

7

29-44

6

10

Yasamal İSK

10

0

0

10

28-72

0

Bombardirlər: Firudin Ağalarov (“Premier” Quba) - 18, Xətai Bağırov (“Araz”) – 15, Sina Jamali (“Record club”) – 14, Ramiz Covdarov (“Araz”) – 12, Emil Həsənzadə (“Neftçi” İK) – 11 qol