Futbol üzrə Fransa Liqa 1-də 2022/23 mövsümünün sonuncu iştirakçısı müəyyənləşib.

Rekord.az xəbər verir ki, həlledici matçda Liqa 1-də 2021/22 mövsümünü 18-ci pillədə bitirmiş “Sent-Etyenn”lə Liqa 2-dən gələn “Oser” komandaları üz-üzə gəlib.

“Oser”in meydanında baş tutan ilk qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Bu gün “Sent-Etyenn”in meydanında keçirilən cavab görüşündə isə “Oser” 2:1 hesablı qələbəyə sevinib. Bu nəticədən sonra “Oser” elitaya yüksəlibsə, PSJ ilə birgə Fransanın ən çox (10) çempion olan komandası “Sent-Etyenn” Liqa 2-yə düşüb.

Daha öncə Liqa 2-nin qalibi “Tuluza” və ikinci pilləni tutan “Ayaçço” da elitaya yüksəlmişdi.