
Fransa, İtaliya və Türkiyə yığmaları Bakıya gəlir
- 14 Mar 2023 12:42
- 364
Azərbaycan Minifutbol Federasiyasının (AMF) dəstəyi ilə may ayının 1-dən 6-dək Bakıda beynəlxalq turnir keçiriləcək.
Rekord.az xəbər verir ki, ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir may ayının 1-də start götürəcək.
Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Cənubi Afrika Respublikası, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Serbiya, Türkiyə və Ukrayna milliləri iştirak edəcək.
Yarışın qalibi may ayının 6-da müəyyənləşəcək.
Qeyd edək ki, oyunları beynəlxalq dərəcəli yerli və əcnəbi hakimlər idarə edəcəklər.
Oyunlar Bakı Tennis Akademiyasında keçiriləcək.