
"Forza Neftçi" stadionu niyə yarımçıq tərk edib?
- 19 Mar 2022 10:18
- 931
Premyer-liqanin 19-cu turunun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, "Neftçi" doğma meydanda "Qəbələ"ni qəbul edir.
Qarşılaşmanın 41-ci dəqiqəsində polislə "Forza Neftçi" arasında münaqişə yaşanıb. Bundan sonra flaqmanın əsas azarkeş qrupu stadionu tərk ediblər. Hadisənin baş vermə səbəbi məlum olub. Polis əməkdaşlarından aldığımız məlumata görə, fanatlar pro-texniki vasitələrdən istifa etmək istəyiblər. Polis buna mane olduğu üçün "Forza Neftçi" üzvləri arenanı tərk ediblər. ("Futbol plus")