"Flamenqo" baş məşqçisi Filipe Luis ilə yollarını ayırdığını rəsmən açıqlayıb.


Rekord.az Braziliya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis martın 3-dən etibarən peşəkar komandadakı vəzifəsindən kənarlaşdırılıb.


Onunla birlikdə köməkçisi İvan Palanko və fiziki hazırlıq üzrə məşqçi Dioqo Linyares də klubu tərk ediblər.


Qeyd edək ki, Luis 2024-cü ildən "Flamenqo"ya rəhbərlik edirdi.