Mütləq Döyüş Çempionatı (UFC) Azərbaycanın yüngül çəkidə MMA döyüşçüsü Rafael Fiziyevin ABŞ idmançısı Castin Geyci ilə görüşünün dəqiq vaxtını açıqlayıb.

Rekord.az UFC-nin rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma martın 18-də İngiltərənin paytaxtı Londonda keçiriləcək.

Gecənin əsas döyüşü isə britaniyalı Leon Edvardsla ABŞ təmsilçisi Kamaru Usman arasında olacaq.

Xatırladaq ki, Rafael Fiziyev son döyüşündə braziliyalı Rafael dos Anyusu məğlub edib, Castin Geyci isə ötən ilin martında Braziliyanın digər təmsilçisi Şarlis Oliveyra da Silvaya uduzub.