Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Qax rayonunda fəaliyyət göstərən "Kürmük" klubunun təlim-məşq mərkəzində olub.


Rekord.az AAF-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, klubun məşqçi müəllimləri İlkin Əfəndiyev və Ruslan Babaşov buradakı mövcud şəraitlə bağlı qurum rəhbərinə məlumat veriblər.


Bildirilib ki, 2022-ci ildən istifadəyə verilən zalda 40-a yaxın yeniyetmə ağırlıqqaldırma idman növü ilə məşğul olur.


F.Umudov bölgələrdə böyük idmançı potensialının olduğunu və bu imkanlardan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb.


Qeyd edək ki, AAF vitse-prezidentinin yaxın günlərdə digər bölgələrə səfəri də nəzərdə tutulub.