Azərbaycan millisinin FİFA reytinqindəki mövqeyi dəyişməz qalıb.

Rekord.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv 1127.17 xalla 128-ci sırada qərarlaşıb.

Yığmamızın UEFA Millətlər Liqasındakı rəqiblərdən Slovakiya 1439.99 xalla 51-ci, Belarus 1226.55 xalla 96-cı, Qazaxıstan isə 1166.28 xalla 114-cü yerdədir.

1475.13 xala malik Türkiyə seçməsi 42 sıradakı mövqeyini qoruyub.

Reytinqin ilk pilləsində də dəyişiklik baş verməyib. Braziliya millisi (1837.56) siyahıya başçılıq edir. 1821.92 xala malik Belçika 2-ci, 1770.65 xalı olan Argentina isə 3-cü pillədədir.