
FİFA Hindistanla bağlı qərarını dəyişdi
- 27 Avq 2022 11:15
- 457
FİFA Hindistan Futbol Federasiyasının təşkilata üzvlüyünün dayandırılması ilə bağlı qərarını ləğv edib.
Rekord.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
FİFA, həmçinin 17 yaşadək qadınlar arasında dünya çempionatının planlaşdırıldığı kimi Hindistanda keçiriləcəyini təsdiqləyib. Bundan əvvəl FİFA-ya üzvlüyün dayandırılması səbəbindən Hindistanın turnirə ev sahibliyi etmək hüququnu itirmək riski ilə üzləşdiyi bildirilirdi.
Təşkilat avqustun 15-də qurumun üzvlüyünü dayandırmışdı. Bu qərar federasiyanın keçmiş rəhbəri Praful Patelin vəzifəsini tərk etməkdən imtinasından sonra verilmişdi.