
"Feyenoord" "Tvente"dən futbolçu aldı
- 12 May 2023 20:00
- 297
"Tvente"nin yarımmüdafiəçisi Ramiz Zerruki klubunu dəyişib.
Rekord.az xəbər verir ki, 24 yaşlı əlcəzairli yarımmüdafiəçi Niderland nəhənglərindən olan "Feyenoord"a keçib.
Transferin dəyəri7,2 milyon avro olub. Müqavilə 2023-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, sözügedən futbolçu "Tvente"nin heyətində 33 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.