Gənclər və idman naziri Fərid Qayıbov oktyabrın 4-də Göyçay və Ağdaş rayonlarının sakinlərini qəbul edib.

Rekord.az xəbər verir ki, qəbuldan öncə Göyçay şəhərində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.

Göyçay şəhərində Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşları diqqətlə dinləyən nazir Fərid Qayıbov onların müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.