Noyabrın 15-də gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Teqbol Federasiyanın prezidenti Gabor Borsanyini qəbul edib.

Rekord.az xəbər verir ki, görüşdə Azərbaycanda bütün idman növlərinə diqqət göstərildiyini bildirən nazir son zamanlar görülən işlər barədə məlumat verib. 

Gabor Borsanyi Beynəlxalq Teqbol Federasiyanın Azərbaycanda bu idman növünün təbliği və inkişafı üçün əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Qeyd olunub ki, yeni idman növü olmasına baxmayaraq, dünyada geniş yayılmaqda olan teqbol Azərbaycanda da gənclərin maraqla məşğul olduğu idman növlərindən birinə çevrilib.

Görüşdə nazir müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, Macarıstanın Azərbaycandakı Fövləqadə və Səlahiyyətli səfiri Tamaş Torma, Teqsports Beynəlxalq Biznesin İnkişafı şöbəsinin rəhbəri İstvan Döbrei və Azərbaycan Teqball Federasiyasının prezidenti Vüqar Xəlilov və baş katibi Əfqan Həmzəyev də iştirak ediblər.