Futbol üzrə Çexiya 2-ci divizionunda 10-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda Praqa “Dukla”sı ilə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.

Fərid də bu görüşün iştirakçısı olub. O, 85-ci dəqiqədə meydana buraxılıb. Bu mövsüm bir qol vurmuş futbolçumuz bu dəfə fərqlənə bilməyib.

10 turdan sonra 18 xala malik “Viktoriya” 3-cü pillədə qərarlaşıb.