
Fərid Nəbiyev Çexiyada dubla imza atdı
- 27 Yan 2022 17:45
- 613
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin çıxış etdiyi Çexiyanın “Viktoriya” (Jijkov) komandası yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, “Vratimov” (Çexiya) klubuna qarşı keçirilən matçda Jijkov təmsilçisi 4:1 hesabı ilə qələbə qazanıb.
Fərid Nəbiyev də sözügedən matçın iştirakçısı olub. 22 yaşlı yarımmüdafiəçi “Vratimov”la oyunda 2 qol vurub.
“Viktoriya” Çexiyanın 2-ci liqasında çıxış edir. Komanda 16 turdan sonra 10 xalla turnir cədvəlində 16-cı pillədə qərarlaşıb.