
Ferdinandın oğlu İngiltərə klubu ilə ilk peşəkar müqaviləsini imzaladı
- 12 İyl 2025 14:20
- 147
İngiltərə millisinin keçmiş futbolçusu Rio Ferdinandın oğlu Lorenz 18 yaşında ilk peşəkar müqaviləsini imzalayıb.
Rekord.az xəbər verir ki, gənc qapıçı İngiltərənin "Brayton" klubu ilə anlaşıb.
Lorenz R.Ferdinandın beş oğlu arasında ən böyüyüdür.
Qeyd edək ki, "Brayton" İngiltərə Premyer Liqasının son mövsümünü 8-ci pillədə başa vurub.