Türkiyənin "Fənərbaxça" klubu futbolçusu Maks Meyerlə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin sözləşməsi qarşılıqlı razılıq əsasında ləğv olunub.

Almaniyalı oyunçu ilə 2021-ci ilin sentyabrında 2 illik müqavilə imzalanmışdı. O, bu komandada cəmi 12 oyun keçirib.

Meyerin yeni iş yeri də məlumdur. O, İsveçrənin “Lutsern” klubu ilə müqavilə bağlayıb.