“Fənərbağça”dan “Dinamo”ya
- 16:00
- 31
"Fənərbağça"nın qapıçısı Dominik Livakoviç icarə əsasında Zaqreb "Dinamo"suna keçib.
Rekord.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.
Müqavilə 2025/26 mövsümünün sonuna qədərdir.
Livakoviç 2015-ci ildən 2023-cü ilə qədər Zaqreb "Dinamo"sunda oynayıb. O, klubda 293 oyun keçirib.
Livakoviç 2017-ci ildən Xorvatiya milli komandasının üzvüdür. O, millidə 71 oyun keçirib.