
EYOF-da Azərbaycanı təmsil edəcək velosipedçilər bəlli oldu
- 17 İyl 2025 17:20
- 39
Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək təşkil olunacaq Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək velosipedçilər müəyyənləşib.
Bu barədə Rekord.az-a Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Yarışda məşqçi Elçin Qasımovun rəhbərliyi altında şose velosipedçiləri Sevinc Sultanzadə, Ceyla Həşimova, Məryəm Hüseynova, Nihad Xudoyev, Çingiz İsayev və Asiman Qasımov mübarizə aparacaq.
Məşqçi Mirzə Quliyevin və mexanik Elçin Rzazadənin rəhbərliyi altında isə dağ velosipedçiləri (MTB) üzrə Marina Akimova və Əli Zeynalzadə yarışacaq.
Qeyd edək ki, festival iyulun 22–26-sı aralığında keçiriləcək.