
EYOF-da Azərbaycanı 9 atlet təmsil edəcək
- 16:30
- 46
XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı 9 atlet təmsil edəcək.
Bu barədə Rekord.az-a Milli Olimpiya Komitəsindən məlumat verilib.
Festivalda Fərhad Quliyev, Həmid Nəbiyev, Əmir İsmayılov, Mələk Hüseynova, Mədinə Hüseynzadə, Safiya Kərimova, İsgəndər Əsgərov, Nihat Tağıyev və Toğrul Şahtaxtinski mübarizə aparacaqlar.
Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.