XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı 8 taekvondoçu təmsil edəcək.


Bu barədə Rekord.az-a Milli Olimpiya Komitəsindən məlumat verilib.


Festivalda Xuraman Cavadzadə (44 kq), Mehdi Budaqlı (48 kq), Humay Dadaşova (49 kq), Şehri Cəlalova (55 kq), Aydın Süleymanov (55 kq), Ziya Həsənli (63 kq), Yunis Hüseynov (73 kq) və Elcan Əliyev (+80 kq) mübarizə aparacaqlar.


Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.