
Eyni hakim, eyni epizod, amma fərqli qərar VİDEOLAR
- 18 Apr 2022 11:00
- 574
Premyer Liqanın 23-cü turunun "Neftçi" - "Sabah" qarşılaşması növbəti dəfə qalmaqallı hakim qərarları ilə yadda qaldı.
Rekord.az xəbər verir ki, görüşün baş hakimi Kamal Umudlu oyunun son dəqiqələrində "Sabah"ın vurduğu qolu saymayıb və epizod zamanı Bəxtiyar Həsənalızadənin Eddi İsrafilova toxunduğunu əsas gətirib.
Maraqlıdır ki, Kamal Umudlu "Zirə" - "Sabah" matçında daha aşkar qayda pozuntusu olduğu epizodda "Zirə"nin "Sabah"a vurduğu qolu saymışdı. Hansı ki, "Zirə"nin futbolçusu Nemanya Andelkoviçin rəqib qapıçı Alvaro Villeteya daha kobud şəkildə toxunur. Eyni hakim, eyni epizod, amma fərqli qərar. Buyurun, hər iki videoya baxın və özünüz qərar verin: