AFFA Premyer Liqa təmsilçiləri ilə görüş keçirib.

Rekord.az sportinfo.az-a istinadla xəbər verir ki, toplantıda akademiyaların vəziyyəti və I Divizionun gedişatı müzakirə olunub.

Klub nümayəndələrinin diqqətinə çatdırılıb ki, aşağı yaş qrupları üzrəı komandaların çıxışı federasiyanın diqqət mərkəzindədir və nəticələr ötən mövsümlərin müvafiq dövrü ilə müqayisə olunur.

Tədbirdə o da diqqətə çatdırlıb ki, Premyer Liqa klublarının əvəzedici heyətlərinin çempionatı gələn sezon yenidən bərpa olunacaq.

I Divizionun sıralarını tərk edəcək iştirakçılara ayrılacaq maliyyənin məbləğinin artırılıb-artırılmayacağı isə may-iyun aylarında məlum olacaq.