"Real"ın sabiq futbolçusu Samuel Eto`Onun 22 yaşlı bir qızı olduğu ortaya çıxıb. 

Rekord.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb. Madrid məhkəməsi keçmiş kamerunlu hücumçunu 22 yaşlı qızın atası kimi tanıyıb və ona aliment ödənilməsinə qərar verib.

Belə ki, 1997-ci ildə "Leqanes"in futbolçusu olanda Samuel Madriddəki gecə klublarından birində bir qızla tanış olub. 1 il sonra isə qadının hamilə olduğu ortaya çıxıb. O, bu barədə futbolçuya məlumat verdi. 1999-cu ildə Eto`Onun qızı doğulub. Oyunçu uşaqdan imtina edib. Eto`O keçmiş sevgilisinin zənglərinə və məktublarına cavab verməyi də dayandırıb. Buna baxmayaraq, qız Eto'Onun atalığını təsdiqləyən sübutlar toplaya bilib.

Məhkəmə, hücumçunun  iddianın verildiyi tarixdən, yəni, 2018-ci ildən etibarən hər ay üçün qızına 1,4 min avro məbləğində aliment ödəməsini qərara alıb.

Xatırladaq ki, Samuel Eto'O peşəkar karyerasını 2019-cu ildə başa vurub. O, “Real”, “Malyorka”, “Barselona”, “İnter”, “Anji”, “Çelsi”, “Everton”, “Sampdoriya”, “Antalyaspor”, “Konyaspor” kimi klublarda çıxış edib. Eto'O 3 dəfə Çempionlar Liqasının qalibi, 3 dəfə İspaniya çempionu və 1 dəfə İtaliya A Seriyasının qalibi olub. Samuel 1996-2014-cü illərdə şərəfini qoruduğu Kamerun millisinin tarixində ən çox qol vuran futbolçudur.