Esyen "Lion"dan "Çelsi"yə tranferini xatırladı
- 06 Dek 2019 18:30
- 789
"Səbail"in yarımmüdafiəçisi Maykl Essyen 2005-ci ildə "Lion"dan "Çelsi"yə transferini xatırlayıb.
Rekord.az xəbər verir ki, London klubunun rəsmi telekanalına danışan qanalı futbolçu həmin vaxt 24,4 milyon avroluq keçidin yerli azarkeşlər tərəfindən birmənalı qarşılanmadığını bildirib:
"Bu, əsl transfer dastanı idi. Amma sonda "Çelsi"yə keçdim. İnsanlar əmin deyildilər. Deyirdilər ki, yarımmüdafiəçi olduğum üçün bu qədər böyük məbləğə layiq deyiləm. Mən isə onların haqsız olduğunu sübut etməkdə israrlı idim. Düşünürəm ki, bunu edə bildim".
Essyen həmin vaxt komandanı çalışdıran Joze Mourinyo ilə münasibətlərindən də söz açıb: "Çelsi"yə gələndə Mourinyo məni qarşısında əyləşdirdi və sistem haqda danışdı. Makalele və Lempardla birlikdə yarımmüdafiə xəttində oynamalı idim. Makalelenin vəzifəsi 4 müdafiəçinin qarşısında dayanmaq və Lempard hücuma qoşulanda bütün "qara işlər"i görmək idi. Mən isə gənc və kifayət qədər enerjili olduğumdan meydanın hər yerində oynayırdım. Mərkəzdə öz işimi gördükdən sonra hücuma qoşulurdum. Premyer Liqanı qazandığımız ardıcıl mövsümlər ən gözəl dövlər idi".
Qeyd edək ki, "Çelsi"də 9 mövsüm keçirən Essyen 256 oyunda meydana çıxıb. Afrikalı futbolçu bu matçlarda 25 qol vurub və 18 məhsuldar ötürmə edib.