Emrelinin komandası evdə uduzdu
- 21:43
- 31
Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Kayzerslautern" də növbəti matça çıxıb.
Sözügedən komanda doğma meydanda “Paderborn”la qarşılaşıb. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Mahir bu görüşün ikinci hissəsindən etibarən mübarizəyə qoşulsa da, komandasına kömək edə bilməyib.
“Kayzerslautern” hazırda 37 xalla 6-cı sırada qərarlaşıb.