Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli bu gün klubu “Kayzerslautern”in (Almaniya) heyətində növbəti matça çıxıb.


Rekord.az xəbər verir ki, o, İngiltərənin statusuna görə 4–cü liqa hesab edilən Liqa-2 təmsilçisi “Notts Kauint”yə qarşı yoxlama görüşünün iştirakçısı olub.


Emreli start heyətdə meydana çıxıb. Görüş 4:0 hesabı ilə alman təmsilçisinin xeyrinə başa çatıb. Qollardan 3-ü ilk 10 dəqiqədə vurulub ki, onlardan da birinin müəllifi Mahir Emreli olub.