“Konyaspor”un azərbaycanlı hücumçusu Mahir Emreli Türkiyə Super Liqasının 30-cu turunun “Adana Dəmirspor”la matçından sonra (1:2) sosial şəbəkə hesabında paylaşım edib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü paylaşımda aşağıdakı sözləri yazıb:

“Çox söz deyərdik, amma fikir verməyin”.

26 yaşlı forvard onu dəstəkləyən hər kəsə təşəkkür etməyi də unutmayıb.

Xatırladaq ki, bu matça start heyətdə başlayan Emreli 40-cı dəqiqədə komandasının yeganə qolunu vurub. 48-ci dəqiqədə Adana təmsilçisində David Akintola qırmızı vərəqə alıb və meydandan qovulub. Azərbaycanlı hücumçu isə 60-cı dəqiqədə əvəzlənib.