İtaliyanın Peruca şəhərində keçirilən Kung Fu üzrə Dünya Çempionatında Azərbaycan idmançıları uğurla çıxış edir.


Rekord.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Kung Fu Federasiyasının prezidenti Nurlan Aslanova çıxış imkanı verilib. 


Nurlan Aslanov çıxış edərək, ölkəmizin idman uğurlarından, xüsusilə də cənab Prezident İlham Əliyevin idmana göstərdiyi xüsusi qayğı və dəstəkdən bəhs edib.


Bu diqqət və dəstək sayəsində Azərbaycan idmançıları beynəlxalq arenalarda uğurla çıxış edir və bayrağımızı ucaldir. Yarışa dəstək məqsədilə Arzu Əliyeva, vitse-prezident və Əminə Əliyevanin șəxsi  məşqçisi Babək Əliyev də iştirak ediblər. 11 yaşlı idmançımız Əminə Əliyeva finala vəsiqə qazanaraq ölkəmizi layiqincə təmsil edir.