
Emin Mahmudov üçün "Sabah" variantı
- 13 May 2023 11:00
- 744
"Neftçi" ilə yeni müqavilə məsələsində anlaşa bilməyəcəyi təqdirdə Emin Mahmudov Azərbaycanı tərk etməyəcək.
Rekord.az xəbər verir ki, 32 yaşın içində olan futbolçunun bu yaşdan sonra Rusiyada özünı klub tapması qəliz məsələdir.
Etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, "Neftçi" ilə anlaşa bilməyəcəyi təqdirdə Mahmudov böyük ehtimalla karyerasını "Sabah"da davam etdirəcək. Rusiya futbolundan onu yaxşı tanıyan Murat Musayev Eminin komandasında görməyin əlehinə deyil.